1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin mənfi saldosu 5,8 dəfə artıb

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 603,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,3 mln. dollar və ya 2,3% azdır.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda, hesabat dövründə ixracın həcmi 18,1 dəfə azalaraq 14,3 mln. dollar, idxalın həcmi isə 64,2% artaraq 589,1 mln. dollara bərabər olub.

Bu ilin yanvar-avqust aylarında 574,8 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 5,8 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər