9 C
Baku
Thursday, December 12, 2024

“Amazon” ilk dəfə müştərilərə nağd ödəniş etmək imkanı yaradıb

Məşhur onlayn satış portalı “Amazon” ilk dəfə müştərilərə nağd ödəniş etmək imkanı yaradıb.

Report agentliyi “Banki.ru”ya istinadən xəbər verir ki, ekspertlər belə bir addım nəticəsində “Amazon”un ənənəvi alış-veriş mərkəzlərilə rəqabətdə xal qazanacağı qənaətindədir.

Bununla yanaşı, “Amazon” 19 ölkədə istifadə olunan “AmazonPay Code” şəbəkəsinin yaxın həftələrdə ABŞ-da da 15 min məntəqədə tətbiq olunacağını, “Amazon Cash” şəbəkəsinin də xeyli genişləndirilərək 100 min məntəqədən xidmət göstərəcəyini açıqlayıb.

“Amazon” vasitəsilə bazarlığın nağd ödənişləri “Western Union” köçürmə şəbəkəsi, habelə CVS apteklər və 7-11 dükanlar şəbəkələrində də qəbul olunacaq

Son xəbərlər
Digər xəbərlər