Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə bu ölkənin Xarici İşlər nazirinin birinci müavini Xusrov Noziri ilə görüşüb.
Azərbaycanın Tacikistandakı Səfirliyindən Banker.az -a verilən məlumata görə, görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq işləri, 21-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə görüşündə Tacikistan nümayəndə heyətinin iştirakı müzakirə edilib, Bakı-Düşənbə aviareysinin açılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
Nazir müavini son illərdə Azərbaycan universitetlərində tacik tələbələri üçün ayrılmış kvotaların sayının artırıldığını qeyd edib, bunun ölkələrarası humanitar sahədə əlaqələrin yeni uğuru kimi qiymətləndirib.