Cənubi Koreya mərkəzli avtomobil şirkəti “Hyundai Motor Group” və İrlandiya mərkəzli avtotexnologiyalar şirkəti “Aptiv” birgə müəssisə yaradır.
Bu haqda sözügedən şirkətlər açıqlama verib.
Belə ki, müəssisə avtonom (öz-özünə idarə olunan) avtomobillərin istehsalı ilə məşğul olacaq. Dəyəri 4 milyard dollar olacaq yeni müəssisədə hər iki şirkət 50% paya sahib olacaq.
Bu, gələcək mobillik texnologiyası üzrə geri qalan “Hyundai Motor Group” üçün böyük yatırım hesab olunur.
Qeyd edək ki, birgə müəssisənin 2020-ci ildə tam sürücüsüz sistemləri sınaqdan keçirməyə başlayacağı və 2022-ci ildə hazır idarəetmə platformasına sahib olacağı deyilir.
©Finans.az