“Azimut” aviaşirkəti dekabr ayından Rostov-Bakı reysi ilə uçuşlar həyata keçirəcək. Bu barədə Rusiya mətbuatı xəbər verir.
““Azimut” aviaşirkəti dekabr ayının 2-dən etibarən Rostov-Bakı istiqamətində uçuşlara başlayacaq. Uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək”, – deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “Azimut” aviaşirkətinə Rostov-na Donudan Bakıya uçuşlar həyata keçirmək üçün icazə verib. “Rosaviasiya”nın qərarına əsasən, şirkət həftədə üç dəfə bu istiqamətdə uçuşlar həyata keçirə biləcək.
©İnterfaks-Azərbaycan