Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyası Prezidenti Vladimir Putin Soçidə görüşəcək.
Banker.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, görüş 3 oktyabrda baş tutacaq.
Qeyd edək ki, görüş Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı çərçivəsində baş tutacaq.