Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-2024-cü illər üzrə valyuta ehtiyatlarına dair proqnozlarını yeniləyib.
“APA-Economics”in IMF-in dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, əgər bu ilin aprel ayında Fond cari ilin sonuna AMB-nin valyuta ehtiyatlarını 6 mlrd. ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırırdısa, yeni hesabatda bu göstəricinin 2019-cu ilin sonunda 7,01 mlrd. dollara çatacağını bildirilir.
IMF-in proqnozlarına əsasən, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 7,31 mlrd. dollar (aprel proqnozu – 6,3 mlrd. dollar), 2021-ci ildə – 7,61 mlrd. dollar, 2022-ci ildə – 7,91 mlrd. dollar, 2023-cü ildə – 8,21 mlrd. dollar, 2024-cü ildə isə 8,51 mlrd. dollar təşkil edəcək.
Bundan başqa, IMF-in hesablamalarına görə, 2019-cu ilin sonunda AMB-nin valyuta ehtiyatlarının həcmi qeyri-neft sektorunda idxal xərclərini 5,9 ay, 2020-ci ildə – 6,3 ay, 2021-ci ildə – 6,8 ay, 2022-ci ildə – 7,4 ay, 2023-cü ildə – 7,8 ay, 2024-cü ildə isə 8,3 ay ödəməyə imkan verəcək.
Qeyd edək ki, bu ilin avqust ayının 30-na AMB-nin valyuta ehtiyatları 6,01 mlrd. dollar təşkil edib.