10 C
Baku
Friday, December 13, 2024

Naxçıvanda kredit verilişi 2,2 dəfə artıb, yerli DSK bildirir

2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 77 milyon 641 min 400 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, verilmiş kreditlərin 9 milyon 781 min 800 manatı və yaxud 12,6 faizi qısamüddətli, 67 milyon 859 min 600 manatı və yaxud 87,4 faizi uzunmüddətli kreditlər olub.

Son xəbərlər
Digər xəbərlər