Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2019-2020-ci illər üzrə ÜDM-in artım tempinə dair proqnozlarını yeniləyib.
AİB-in dərc etdiyi hesabata istinadən məlumata görə, əgər cari ilin aprel ayında AİB Azərbaycan iqtisadiyyatının 2,5% artacağını proqnozlaşdırırdısa, yeni hesabata əsasən, bu ilin sonunda ölkədə ÜDM-in artım tempi 2,6% təşkil edəcəyi gözlənilir. 2020-ci ildə isə bu göstərici 2,4% olacağı proqnozlaşdırılır, halbuki bundan öncəki hesabatda bank gələn il Azərbaycan iqtisadiyyatının 2,7% artacağını proqnozlaşdırırdı.
APA