24 C
Baku
Sunday, September 29, 2024

Paşa Bank səhmdarlarına 1 il ərzində 20.515 min AZN dividend ödəyib

Bank, məcmu kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 36% (2012 – 34%) kapital tələbinə uyğunlaşdıraraq güclü daxili kapital yüksəlişi əldə etmişdir.

Banker.az saytının məlumata əsasən, Paşa Bankın Baş Maliyyə İnzibatçısı Şahin Məmmədov mətbuat konfransında qeyd edib ki, “Biz, Basel II və BASEL III tətbiqinin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin təmin edilməsi üzərində çalışmağa davam edərək, səhmdarlarımıza kapitalı dividend şəklində geri ödəyirik. 2013-cü ildə Bank səhmdarlara 2012-ci ilin xalis mənfəətindən 20,515 min AZN (26,150 min ABŞ dolları) məbləğində dividend ödəmişdir ki, bu da Bankın 2012-ci il üzrə ümumi xalis mənfəətinin 100 %-ni təşkil edir və qalan məbləğ Bankın keçmiş illər üzrə yığılmış mənfəətidir.”

Bank 234,923 min AZN (299,456 min ABŞ dolları) olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bildi, halbuki 2012-ci il üzrə həmin göstərici 188,348 min AZN (240,087 min ABŞ dolları) olmuşdu. Aktivlər portfelini müxtəlif istiqamətlərdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin yaxşı tarazlığını saxlamağa müvəffəq olub. 31 dekabr 2013-cü ildə PAŞA Bankın aktivlərinin ümumi məbləği 704,055 min AZN (897,457 min ABŞ dolları) təşkil etdi ki, bu da müştəri hesablarında fəaliyyətin zəif olması səbəbi ilə 2012-ci il (721,075 min AZN / 919,152 min ABŞ dolları) ilə müqayisədə 2% azalma deməkdir

Bankın 2013-cü ildə başa çatmış 12 ayı üzrə xalis mənfəəti 12 028 min AZN-dən (15,332 min ABŞ dolları) ibarət oldu ki, bu da 2012-ci ilin (16,211 min AZN / 20664 min ABŞ dolları) analoji dövrü ilə müqayisədə 26% azalma deməkdir və bunun əsas səbəbləri problemli kreditlərin səviyyəsinin artması nəticəsində qrup şəklində riskə məruz qalan kreditorların kredit portfeli üzrə kreditlərin potensial itki təminatının yaradılması oldu. Bankın 2013-cü ilin başa çatmış 12 ayı üzrə ümumi əməliyyat gəliri 51,583 min AZN (65,753 min ABŞ dolları) olmuşdur, bu da 2012-ci ildə əldə olunmuş 43,142 min AZN (54,993 min ABŞ dolları) ilə müqayisədə 20% artım olmasını göstərir.

Son xəbərlər
Digər xəbərlər