Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp ilə görüşdə zarafat edərək iki liderin telefon vasitəsilə deyil, kameralar qarşısında ünsiyyət qurmağı təşkil edib. Görüş NBC News tərəfindən yayımlanıb.
Banker.az xəbər verir ki, “Telefonla danışmaq əvəzinə, qoy bizi televizorda göstərsinlər”, – deyə Zelenski ABŞ prezidentinə müraciət edib.
Xatırladaq ki, bundan əvvəl Ağ ev iki prezident arasında baş tutan telefon danışığının transkriptinin dərc etmişdir.
Wall Street Journal-ın verdiyi məlumata görə, danışıq zamanı Tramp ukraynalı həmkarından ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenə qarşı istintaq prosesinə başlamağı tələb edib.
Buna cavab olaraq Zelenski bildirib ki, o, müstəqil ölkənin başçısıdır və heç kim ona təzyiq göstərə bilməz.
Qeyd edək ki, sentyabrın 24-də ABŞ-ın Nümayəndələr Palatasının sədri demokrat Nensi Pelosi Trampa qarşı impiçment prosesinin başladığını elan etmişdir. O, prezidenti Konstitusiyanı pozmaqda günahlandırıb.