1 C
Baku
Saturday, December 14, 2024

Ali Məhkəmə “AzadlıqRadiosu” və “Meydan TV”nin saytlarının bloklanması qərarını ləğv edib

Ali Məhkəmə “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Azərbaycan Saatı” proqramı, “Turan” TV və “Meydan” TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarı ləğv edib.

Məlum olduğu kimi 2017-ci ilin martından “İnformasiya, informasiyalaşama və informasiyanın mühafizəsi haqqında“ qanuna və digər müvafiq hüquqi sənədlərə dəyişiklik və əlavələr olub və saytların bloklanması üçün hüquqi proseduralar müəyyən olunub.

Keçən dövr ərzində , qanun qəbul ediləndən sonra onun tələblərinin pozulması iddiası ilə təxminən 40-dan çox internet resursa ölkə ərazisindən giriş bağlanıb.

Qeyd olunduğu kimi artıq bu tip onlayn media resursların bir neçəsinin bloklanması Ali Məhkəmə qərarı ilə aradan qaldırılıb.

“Düşünürəm ki saytların bloklanması sahəsində bəzi problemlər hələ qalır.
Fikrimcə adi bir xəbərə görə saytın bütövlükdə bağlanması yox, həmin xəbərin yerləşdiyi linkə blok qoyulması daha doğru addım olardı. Yəni, bir kitaba görə , kitabxananı bağlamaq doğru yanaşma deyil.

Xəbər saytlarının bağlanması məsələsinə, ümumiyyətlə rəqəmsal mahiyyətli işlərə baxılması üçün ixtisaslaşmış məhkəmələrin olması da daha doğru olardı.”- bunu İnternet Forumunun Prezidenti Osman Gündüz deyir.

O.Gündüz deyir ki, adı çəkilən qanun tələb edir ki, NRYTN bloklanan saytların siyahısını tərtib etməlidir və bunu açıqlanmalıdır:

“Provayderlər məhz bu siyahı əsasında saytlara giriş-çıxışı bağlamalıdırlar. “Qara siyahı” adlandırdığımız bu onlayn resurs hələ də hazırlanmayıb.

Eyni zamanda bloklanan saytlara daxil olduqda “This site can’t be reached” mesajı yox, qanunvericiliyin tələbi ilə resursun qapadılması ilə bağlı məhkəmə qərarı haqqında məlumat monitorda görsənməlidir . Təəssüf ki NRYTN indiyədək də bu problemi həll etməyib.
Ümumiyyətlə isə düşünürəm ki məhkəmə qərarı olmadan NRYTN –nin xəbər saytlarını bloklaması müddəası qanunvericilikdən dərhal çıxarılmalıdır.”

 

Son xəbərlər
Digər xəbərlər