11 C
Baku
Tuesday, November 5, 2024

Dünyanın ən zəhmətkeş ölkələri

Aşağıda sizə təqdim edəcəyimiz ölkələr dünyanın ən əməksevər və zəhmətkeş ölkələridir. Lakin bu o demək deyil ki, bu ölkələrin hamısı güclü iqtisadiyyata sahibdirlər və əhalisi çox zəngindir. Hansı ölkə vətəndaşlarının ildə neçə saatlarını işləyərək keçirdiklərinə nəzər salaq:

10. Slovakiya, ildə 1786 saat

Hazırda Slovakiyada işsizlik səciyyəsi 13,9%-dir. Bir çox müəssisələr müqavilə əsasında insanları işə qəbul edir və özlərinə uyğun bir zamanda işdən azad edirlər.

9. Meksika, ildə 1866 saat

Meksikalıları çox vaxt tənbəl millət adlandırırlar. Lakin faktlar bunu təkzib edir. Burada problem təhsilsizlikdədir və bu vətəndaşalrın ən çətin işdə belə zəhmət çəkmələrinə vadar edir. Bundan əlavə, meksikalıların əməkləri daha çox inkişaf etmiş ölkələrdəki vətəndaşların əməklərindən daha məhsuldardır.

8. Türkiyə, ildə 1877 saat

Türkiyənin maliyyə paytaxtı olan İstanbulda demək olar ki, 30 milyarder var. Problem ondadır ki, ölkənin şərq hissəsi zənginlik baxımından qərb hissədən geri qalır və burada işsizlik səviyyəsi də yüksəkdir.

7. Estoniya, ildə 1879 saat

Burada dövlət tələbələrin gələcəyinin qeydinə qalaraq onları karyera barədə düşünməyə dəvət edir.

6. Polşa,  ildə 1939 saat

Maraqlıdır ki, digər Avropa ölkələri polşalıları zəhmətkeş adlandırsalar da, polşalılar özləri işləməyi sevmədiklərini iddia edirlər.

5. Çexiya, ildə 1947 saat

Çexiya – zəhmətkeş ölkələrdən və Şərqi Avropanın varlı ölkələrindən biridir. Ölkədə adambaşına düşən ÜDM 18 min dollardır.

4. Macarıstan, ildə 1961 saat

Macarıstanda iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə pisdir. 2012-ci ildə əmək qabiliyyətinə sahib insanların yalnız 50%-i işləyir və vergi ödəyirdi. Bununla yanaşı, əmək haqları da aşağı səviyyədə qalmaqda davam edir. Eyni zamanda, kredit, xüsusəndə ipoteka kreditlərinin faizləri artır.

3. Rusiya, ildə 1976 saat

SSRİ dağılsa da, ruslar zəhmətkeşlik vərdişlərini tərgitməmişlər.

2. Çili, ildə 2068 saat

Çilili əmək sevərlər həftənin 45 saatını qanun çərçivəsində işləyə bilərlər. Ölkədə adambaşına düşən ÜDM 20 min dollar həcmindədir.

1. Koreya Respublikası, ildə 2193 saat

Koreya Respublikasında isə adambaşına düşən ÜDM 25 min dollar həcmindədir.

Son xəbərlər
Digər xəbərlər