Günü xoş əhval ilə başlayın
Hər bir yeni gününüz üçün hər hansı müsbət başlanğıc tapın. Çünki tapşırıqları həll etməyə hansı əhval ilə başlamağınız uğur əldə etməyiniz ilə birbaşa bağlıdır. Hər səhər özünüzə bu üç sualı verin:
a) Bu gün məni məqsədimə necə yaxınlaşdıra bilər?
b) Bu gündən mümkün qədər sevinc əldə etmək üçün nə etməliyəm?
c) Öz həyat tərzimi qoruyub saxlamaq bu gün nə edə bilərəm?
İnsanın özündə xoş əhval yaratması 2 dəqiqədən artıq müddət tələb edir. Hər standart günün başlanğıcında özünüzə bu iki dəqiqəni bəxş edin.
Yaxşı səhər yeməyi yemək və tələsmədən işə getmək
Yuxudan doymamış, səhər yeməyi yemədən tələsə-tələsə işə getmək bütün günü məhv edir. Səhər yemək yeməyə vaxtınız yoxdur deyə bəhanələr uydurmayın.
İşə eyni vaxtda başlamaq
Bu özünü intizamın bir elemntidir.
Gündəlik planınızı yoxlamaq
Belə müəyyən edilmişdir ki, iş günü başlamamışdan öncə işə 10 dəqiqəlik hazırlaşmaq iş zamanınıza 2 saat qənaət etmək imkanı verir. Belə isə, bu iki saatı qazanın!
İlk olaraq vacib tapşırıqları həll etmək
İş gününü A qrupuna aid olan tapşırıqları həll etməklə başlayın. Digər tapşırıqlar isə gözləyə bilər. İlkin olaraq zamanınızı mahiyyət etibarilə vacib tapşırıqlardan başlayın.
İş gününüzü əməkdaşlarla birgə planlaşdırmaq
Əgər işiniz əməkdaşlarınız ilə ortaqdırsa planı birgə təşkil etməyə çalışın ki, sonradan anlaşılmazlıq yaşanmasın. Bundan əlavə katibəniz varsa, bu planı onunla da bölüşün. Katibəniz işinizdən xəbərdar olmalıdır.