İstanbul şəhərində azərbaycanlı iş adamı N.K.-nın 1 milyon dollarını şantaj yolu ilə ələ keçirməyə cəhd edən ər-arvad saxlanılıb.
Turizm sektorunda çalışan azərbaycanlı 23 sentyabrda polisə müraciət edərək təxminən 5 ildir yanında çalışan şəxs tərəfindən təhdid edildiyini bildirib.
“Yanımda işləyən Özgür K. arvadının mobil nömrəsindən mənə zəng edərək əllərində intim görüntülərimin olduğunu, əgər 1 milyon dollar verməsəm, bunları sosial şəbəkədə yayacaqlarını, ailəmə çatdıracaqlarını dedilər. Hətta, görüntülərimi Azərbaycan mətbuatına ötürəcəklərini bildirdilər”, -deyə o, vurğulayıb.
Faktla bağlı başladılan araşdırma nəticəsində Özgür k. ilə həyat yoldaşı Esin K. Ərzurumda otellərin birində saxlanılıb.
Özgür K. biznesmenin ona borcu olduğunu, buna görə də pulu bu yolla əldə etməyə çalışdığını deyib.
Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi də müəyyənləşib.
©Qafqazinfo.az