12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ Çinin və Rusiyanın bir sıra şirkətlərinə qarşı sanksiya tətbiq edib

Rəsmi Tehran hesab edir ki, ABŞ-ın Çin və Rusiyanın şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar BMT Təhlükəsizlik Şurasının 2133 saylı qərarına ziddir.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İrandan neft alan şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi dünyanın ticarət sistemini təhlükə altına salır.

Xatırladaq ki, ötən gün ABŞ Maliyyə Nazirliyi İrandan neft alan Çin və Rusiyanın bir neçə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərin bəzilərinin bir hissəsi dövlətə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər