27 C
Baku
Wednesday, June 18, 2025

Aristoteldən müdrik həyat dərsi

Bərabərsizliyin ən pis forması qeyri-bərabər olan şeyləri bərabərləşdirməyə çalışmaqdır.

Gənclik daim sərxoşluğu xatırladan ruh halına sahibdir.

Biz ədalətli hərəkətlər edərək ədalətli, təmkinli davranaraq təmkinli, cəsarətli addım ataraq cəsarətli oluruq.

Az da olsa dəliovluğa meyilli olmayan dahi alim yoxdur.

Bilən edir. Başa düşən öyrədir.

Xoşagəlməzliklərdən qaçmaq qorxaqlığın bir növüdür.

Özünə qəsd heç bir dəlilik və yaxud uğursuz həyat ilə bəraət qazana bilməz.

Biz mütəmadi olaraq nə işlə məşğuluqsa, oyuq.

Təkmilləşmək iş gedişində fəaliyyət deyil, vərdişə çevrilir.

Ruh və bədən bölünməzdir.

Cəsarət olmadan bu dünyada heç nə əldə edə bilməyəcəksiniz. Bu qürurun arxası ilə gələn ağılın dahi keyfiyyətlərindən biridir.

Gənc insanları aldatmaq asandır, çünki onlar ümid ilə yaşayırlar.

Etmək iqtidarında olduğumuz şeyləri etməyə də bilərik.

Təklikdən zövq alan istənilən şəxs ya vəhşi heyvandır, ya da Tanrıdır.

Heç kim dostsuz yaşamağa razı olmaz, hətta bunun əvəzində bütün dünya sərvətini təklif etsən də.

Son xəbərlər
Digər xəbərlər