“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Səudiyyə Ərəbistanının xarici valyutalardakı uzunmüddətli emitent defolt reytinqini (EDR) “A”dan “A+”dək azaldıb.
Report agentliyə istinadən xəbər verilir ki, reytinqə dair proqnoz “sabit”dir.
Ölkənin neft infrastrukturuna qarşı bu yaxınlardakı dron və raket hücumlarından savayı, yeni hücumlar ehtimal edildiyi, iqtisadiyyata mühüm zərbə vurulacağının istisna olmadığı da bildirilir.
“Səudiyyə Ərəbistanı xarici siyasətinin birmənalı istiqaməti, o cümlədən İranla bağlı ABŞ siyasətinə yaxın xətti, habelə Yəməndəki hərbi münaqişədə davam edən iştirakı nəzərə almaqla geosiyasi gərginliklərin artmasına qarşı həssas vəziyyətdədir. İran və ona yaxın qruplar regional təhlükəsizlik və nüvə sahəsilə bağlı diplomatik müəmmadan yaxa qurtarmağa çalışdıqlarına görə ABŞ ilə Səudiyyə Ərəbistanının İranla daha dərin qarşıdurmaya gedə biləcəkləri göz qabağındadır”, – deyə “Fitch”in açıqlamasında qeyd olunur.