2 C
Baku
Saturday, December 14, 2024

8 ayda banklar və BOKT-lar istehlak kreditləşdirməsinin həcmini 14,5% artırıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 6,5% – 13 mlrd. 865,5 mln. manatadək artıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Sentyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 491,3 mln. manat (ilin əvvəlindən azalma 5,9%) və ya bütün kreditlərin 10,8%-ni təşkil edir.

Sentyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 220 mln. manat (artım 5,8%) və ya bütün kreditlərin 16%-i, özəl banklar tərəfindən 11 mlrd. 306,4 mln. manat (artım 7,4%) və ya bütün kreditlərin 81,5%-i həcmində kredit verilib. Qalan 339,1 mln. manat (azalma 13,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.

2019-cu il sentyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 9 mlrd. 107,3 mln. manat (artım 12,8%) milli valyuta, 4 mlrd. 758,2 mln. manat (azalma 3,8%) xarici valyuta ilə verilib. Cari ilin avqust ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 34,3% (2018-ci ilin sonuna 38%) təşkil edir.

2019-cu il avqustun 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 298,6 mln. manat (bütün kreditlərin 16,6%-i) ticarət və xidmət sahələrinin, 374,3 mln. manat (2,7%) energetika, kimya və təbii sərvətlər sektorunun, 503,7 mln. manat (3,6%) kənd təsərrüfatı və emal sahələrinin, 373,5 mln. manat (2,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 862,4 mln. manat (6,2%) sənaye və istehsal sektorunun, 1 mlrd. 269 mln. manat (9,2%) nəqliyyat və rabitə sahələrinin, 6 mlrd. 91,6 mln. manat (43,9%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 14,5% artıb.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər