10 C
Baku
Thursday, December 12, 2024

S&P 500 indeksi 1997-ci ildən bəri rekord artım göstərib

Cari ilin üç rübünün nəticələrinə görə, S&P 500 indeksi 19%-lik artım göstərib və bu, son 22 ildə maksimum göstərici olub.

Banker.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” məlumat verib.

“Bu illik artım həm istiqrazlarda, həm də əmtəədəki böyük paylarla əlaqədardır”, – qəzet qeyd edir.

Nəşrin verdiyi məlumata görə, indeks üçüncü rübdə 1,2%-lik artım göstərib. Hal-hazırda S&P 500 tarixi maksimumdan yalnız 1,6% aşağı səviyyədədir.

“Üçüncü rüb nisbətən sabit başa çatıb. S&P 500 indeksi Bazar ertəsi günü 0,5% artaraq 2.976.74 səviyyəsinə çatıb”, – materialda deyilir.

ABŞ-da səhmdar hərəkatı son zamanlarda yavaşlasa da, çoxları keçən ilki ssenaridən ehtiyat edir. Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında S&P 500 maksimum səviyyəyə çatandan sonra növbəti üç ayda, demək olar ki, 20% aşağı düşmüşdür.

“2019-cu ilin üçüncü rübü əlamətdar olub. Dördüncü rübdən başlayaraq əsas drayver olaraq ABŞ-ın korporativ gəlirləri və qlobal iqtisadi məlumatlar qalıb”, – deyə “Independent Advisor Alliance”-in investisiya direktoru Chris Zaccarelli bildirib.

 

Son xəbərlər
Digər xəbərlər