2 C
Baku
Saturday, December 14, 2024

Estoniya ölkədəki ən iri bankla həmişəlik vidalaşıb

Danimarkanın ən iri banklarından olan “Danske” Estoniyadakı fəaliyyətini 2 il davam edən maliyyə qalmaqalından sonra oktyabrın 1-də dayandırıb.

Estoniyanın maliyyə tarixində ən böyük maliyyə qalmaqalına imza atmış bank barədə qərar cari ilin fevralında verilib. Oktyabrın 1-dən isə bu qərar qüvvəyə minib və bankın bütün nişanları ölkə ərazisindən yığışdırılmağa başlayıb.

Ötən il “Danske” bankı Estoniyadakı filialı tərəfindən 220 milyard dollar vəsaitin eston rezidenti və ya vətəndaşı olmayan şəxslərin hesabına axıdıldığı faktı açıqlanıb. Bir neçə gün əvvəl isə bankın Estoniya təmsilçiliyinin rəhbərinin cəsədi yaşadığı evin bağçasından tapılıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər