1 C
Baku
Saturday, December 14, 2024

KPMG audit şirkəti “riskini” xanıma həvalə edir – təyinat

Azərbaycanda dünyaca məşhur “KPMG” audit və konsaltinq şirkətinin törəməsi olan “KPMG Azerbaijan”nın Risk və Konsaltinq Departamenti yeni xanım şəxsə həvalə edilib.

Banker.az-ın xəbərinə görə, departamentin direktoru Nəsibə Muradxanova olacaq.

 

Muradxanova KPMG bayrağı altında 2011-ci ildən işləməyə başlayıb, lakin ona qədər isə o, çalışdığı şirkətin əsas rəqiblərindən olan “PricewaterhouseCoopers” (PwC) kimi audit şirkətində çalışmışdır.

Nəsibə, karyerası ərzində bank, qiymətli kağızlar bazarı, telekommunikasiya, istehsal, enerji, ticarət və tikinti kimi sektorlara aid edilən müştərilərlə təcrübəyə malikdir, bunu şirkət açıqlamasında deyir.

 

Son xəbərlər
Digər xəbərlər