Siz hətta bunun fərqində belə deyilsiniz.
Məşhur psixoloq və müəllim Carol Morgan öz oxucularına iki sual ilə müraciət edir: onlar uşaqlıqda kim olmaq istəyirdilər və hazırda bu arzuları həyata keçibmi? Bu suala “yox” deyə cavab verənlərə məşhur psixoloq həyatlarını boşa yaşamalarını sübut edən cəhətləri nümunə gətirmişdir:
Zamanınızın çox hissəsini video oyunlar, televizor, internet və s. kimi şeylərə aludə olaraq sözün əsl mənasında israf edirsiniz. Bu siyahını davam etdirmək də mümkündür. Öz həyatınıza ciddi şəkildə nəzər salın. Zamanınızın çoxunu harada və necə keçirirsiniz? Bu sizə bir fayda qazandırırmı? Bu sizə daha yaxşı həyat bəxş edəcəkmi? Əgər cavabınız mənfidirsə gündəlik fəaliyyətinizi qaydaya salmağın tam zamanıdır.
Yəqin ki, sizin də ətrafınızda daim gileylənən və bundan bezməyən insanlar var. Siz də onlardan birisiniz? Öz işinizdən, müdirinizdən, maaşınızdan, dostlarınızdan daim şikayət edirsiniz? Bunu etməklə heç nəyi dəyişmirsiniz və əksinə ətrafınızda mənfi aura yaradırsınız. Sevmədiyiniz şeylərdən deyil, sevdiyiniz şeylərdən danışmağa çalışın və nəticə sizi çox gözlətməyəcək.
Ağlınızı işə salın. Əgər siz bir şəxsiyyət kimi yetişmir və inkişaf etmirsinizsə axın istiqamətində üzən bir çöpdən fərqiniz yoxdur. Yeni şeylər öyrənmədikdə və beyini çətin tapşırıqlarla sınamadıqda bu sizin ağlınızla da baş verir. Problemlər və sınaqlar beyini məşq etdirməyə yardımçı olacaq.
Öz gələcəyinizi planlaşdırın. Əlbəttə indiki dövrlə yaşamaq və andan həzz almaq möhtəşəmdir. Lakin bəzən gələcəkdə vəziyyətin necə olacağını da düşünmək lazımdır. Əgər sizin məqsəd və planınız yoxdursa, okeanda istiqamətsiz hərəkət edən və harasa yaxşı bir yerə gedib çıxacağını ümid edən bir qayığa bənzəyəcəksiniz. Razılaşın ki, bu bir axmaqlıqdır.
Zamanınızın çoxunu sizinlə eyni səviyyədə olmayan insanlarla keçirmək də bu siyahıda yer alan vacib amillərdən biridir. Belə insanlarla zaman keçirməklə elə olduğunuz pillədə qalacaqsınız. Bu dostları “energetik vampir” adlandırmaq mümkündür. Onlar sizdən həyatı sorur və qarşılığında heç nə vermir. Onlardan biri olmaq üçün inkişafa meyilli insanların əhatəsində olun.
Öz mobil telefonunuzdan asılısınız? Ona xərclədiyiniz zamana fikir verin və ona xərclədiyiniz zamanı ailənizlə necə səmərəli keçirə biləcəyinizi düşünün.
“Bu mənə mütləq lazımdır” və “mən istəyirəm” arasında fərq böyükdür. Nəyə pul xərclədiyinizi təhlil edin və özünüzə hansı güzəştləri edə biləcəyinizi ayırd edin.
Xoşunuza gəlməyən həyat tərzi ilə yaşamaq: Siz həqiqətən xoşbəxtsinizmi? Cavabınız “xeyr”-dirsə nəyisə dəyişmək zamanıdır. Hətta məmnunluq hissi belə sizin tam həyat sürdüyünüz demək deyil. Həyatın mükəmməl olması və məmnunluq bəxş etməsi üçün əlinizdən gələn hər şeyi edin.
Əgər bu cəhətlər sizdə də varsa, təəssüflənməyin. Dəyişiklik etmək heç zaman gec deyil.
Düşüncə tərzinizi dəyişərək, həyatınızı dəyişin.