20 C
Baku
Saturday, October 12, 2024

“Whatsapp”a avtomatik silinən mesajlar əlavə olunacaq

 Whatsapp tərtibatçıları messencerə yeni funksiya əlavə etməyə hazırlaşırlar. Söhbət, avtomatik silinən mesajlardan gedir. Belə ki, Wabetainfo saytının mütəxəssisləri Whatsapp 2.19.275 beta versiyasında bu yeni funksiyanın izlərini aşkar ediblər. Bu funksiya vasitəsilə istifadəçilərin göndərdikləri mesajlar müəyyən müddətdən sonra avtomatik olaraq silinəcəklər.

Disappearing Messages on WhatsApp 1

İstifadəçinin seçimindən asılı olaraq mesajlar 5 saniyədən sonra ya da 1 saatdan sonra silinə bilərlər. ilk öncə bu funksiya qrup çatlarına daha sonra isə özəl çatlara əlavə olunacaq. Qeyd etmək lazımdır ki, bu cür funksiya artıq Facebook Messenger-də mövcuddur. Bu yeni funksiyanın Whatsapp-a nə zaman əlavə ediləcəyi barəsində məlumat yoxdur.

Disappearing Messages on WhatsApp 2

©Technote.az

Son xəbərlər
Digər xəbərlər