70 yaşlı amerikalı David Allen fərdi effektivlik və vaxtın idarə olunması sahəsində ən məşhur mütəxəssislərdən biridir. Allen-in “İşləri necə qaydaya salmaq olar: stresssiz məhsuldar olmaq incəsənəti” adlı kitabının əsasına qoyduğu GTD (Getting Things Done) sistemi hələ ötən əsrin 80-cı illərində inkişaf elətdirilmişdir.
David Allen müasir insanın diqqətini yayındıran səs-küyə qarşı mübarizədən danışdı.
David, siz həmişə intizamlı və məhsuldar biri olmusunuz? Yoxsa həyatınızda sizə GTD sistemini yaratmağa ilham verən hər hansısa hadisə baş vermişdir?
Bilirsiniz, əslində mən həmişə tənbəl olmuşam. Mən o qədər də mütəşəkkil deyiləm, sadəcə əlavə enerji sərt etməyi sevmirəm, ona görə də həmişə işimi asanlaşdırmağın yollarını axtarıram. 1981-ci ildə GTD sistemini tətbiq etməyə başladım, mənim həyat yoldaşım da həmçinin artıq 30 ilə yaxındır ki, ondan istifadə edir.
30 ildir ki, hər gün gündəlik işlərinizin siyahısını tutursunuz? Həftə sonu üçün də?
Xeyr, ümumiyyətlə həftə sonu üçün heç bir plan qurmuram. Buna baxmayaraq, harasa getmək məcburiyyətində olursamsa, bu öhdəliyi mütləq yerinə yetirirəm (məsələn, konsert). Həyat yoldaşım və mənim kifayət qədər sıx iş qrafikimiz var, buna görə də ən yaxşı istirahət heç nə etməməkdir.
Ən qeyri-adi müştəriniz kim olub?
Aparıcı Howard Stern. O, yaradıcıdır və işi həddindən artıq çoxdur. Bildiyiniz kimi, Stern öz həvəsi ilə məşhurdur, o çox vacib işlər görür.
Sizin sisteminizi öz həyatında tətbiq etməyə çalışan insanlar ən çox hansı problemlə üzləşirlər?
Ən böyük problem sistemin funksionallığını qoruyub saxlamaqdır. Adətən ilk başlarda insanlar çox həvəsli olurlar və bu, sistemin funksionallığını qoruyub saxlamağa kömək edən işdir.
80-cı illərdə GTD sistemini yenidə görünəndə İnternet və smartfonlar yox idi, insanlar hələ də öz gadgetlərindən asılı deyildilər. Onların yaranması və istifadəsi sisteminizi dəyişdirdimi?
Deyərdim ki, heç dəyişmədi. Əksinə, yeni şərtlərdə nəyə daha çox diqqət etmək lazım olduğu müəyyən etmək məsələsi daha da kəskinləşdi. Sistemdə baş verən ən vacib dəyişiklik, “daha effektiv olmaq, daha çox işləmək deməkdir” anlayışından uzaqlaşmağım oldu. Belə ki, siz hətta yuxuda belə effektiv ola bilərsiniz.
Çoxları gündəlik işlərinin siyahısını telefonda qeyd edir və onları müxtəlif tətbiqlərdən gələn mesajlar və ya bildirişlər yayındırır. Bu vəziyyətdə biz nə etməliyik?
Dayanmaq. Daimi istehlak asılılıq yaradır. Siz hər gün istifadə etdiyiniz informasiya kanallarını nəzərdən keçirməlisiniz, çalışın ancaq ən vacib olanlardan istifadə edin. Məsələ ondadır ki, biz qəbul etdiyimiz informasiyanı heç vaxt “təmizləmirik”.
Bir çox şirkət işçisi daim “onlayn” olmaq məcburiyyətindədir. Bu halda smartfon, e-poçt və messencerlərdən imtina etmək mümkündürmü?
Bu asılılığa “nəyisə qaçırmaq” xəstəliyi deyilir. Bəzi fəaliyyətlərdə həqiqətən də 7 günün 24 saatını “onlayn” olmağa məcburuq. Və əgər, məsələn, müdiriniz istədiyi vaxt sizə Facebook-da yazırsa, ona cavab vermək məcburiyyətindəsiniz. Lakin bu halda oturub onunla danışmağınız lazımdır. Çalışın ünsiyyətiniz üçün ən effektiv olan kanallardan istifadə edəsiniz.
Nə zaman özümüzə fasilə verə bilərik?
İlk növbədə yerinə yetirməli olduğunuz işlərin siyahısını nəzərinizdən keçirin. Bəzən mən bunu gündə bir dəfə edirəm, bəzən isə 20 dəfə. Bunu etdikdən sonra başa düşürəm ki, filan gün işim azdır və həyat yoldaşımla gəzintiyə çıxa bilərəm. Nə qədər yata biləcəyimi də bu qayda ilə müəyyənləşdirirəm. Və bu, mənim hər gün etdiyim ən vacib işdir.
Bəs gündə 8 saat yatmaq qaydası necə?
Öyrəndiyim araşdırmalara görə, əhalinin 95%-i gündə ən az 8 saat yatmalıdır, amma mən bəzən 10 saat belə yatıram.
Məhsuldarlığın idarə olunmasına dair bir çox sistem mövcuddur. Məsələn, meditasiya. Onlardan hansını effektiv, hansını isə effektsiz hesab edirsiniz?
Mən nəzəriyyəyə inanmıram, ancaq təcrübəmdən istifadə edirəm. Meditasiya sizə diqqətinizi bir şey üzərində cəmləşdirməyə kömək edir. Məhz buna görə də meditasiya insanı daha məhsuldar edir. Məncə, düzgün qidalanmaq, kifayət qədər yuxu almaq və idmanla məşğul olmaq bizə stressi azaltmağa kömək edə bilər.
Həvəsdən düşmüş insana nə tövsiyə edərdiniz?
Çox vaxt motivasiyanın mahiyyəti məhsuldarlığın mahiyyəti ilə eynidir – əldə etmək istədiyiniz nəticəni müəyyən etmək. Düşünürəm ki, insanın həqiqətən də istədiyi şeydən başlamağa dəyər. Bu atmalı olduğunuz ilk addımdır.