Latın Amerika ölkəsi Ekvador neft ixrac edən ölkələr təşkilatından(“OPEC”) 2020-ci ilin yanvarın 1-dən öz çıxışını elan edəcək.
Bu barədə çərşənbə axşamı “Bloomberg” media şirkəti ölkənin Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat yayıb.
Agentliyin fikrincə, belə bir addım ölkənin öhdəsindən gəlməli olduğu maliyyə sabitliyi ilə əlaqəli çətinliklər və daxili problemlərlə bağlıdır.
Qeyd edək ki, Ekvador 1973-cü ildə OPEC-ə üzv olub, 1992-ci ildə isə ölkə bu təşkilata üzvlüyünü dayandırıb və yenədə 2007-ci ildə bu təşkilata qoşulub. Ekvadorun neft ehtiyatları 8,3 milyard barel neftlə qiymətləndirilir. 2018-ci ildə gündəlik neft hasilatı 517 min barel təşkil edirdi.