ABŞ-ın ən iri şirkətlərindən olan “Johnson&Johnson” məhkəmədən xaric 20 milyon dollar təzminat ödəməyə razılıq verib.
“RİA Novosti” xəbər verir ki, şirkətin adı amerikalılar arasında opium epidemiyasının yayılması ilə bağlı qalmaqalda hallanıb.
“Johnson&Johnson” və digər farmatsevtik şirkətləri həkimlər arasında opium tərkibli dərmanların yayılmasında təqsirləndirilirlər.
Hesablamalara görə, 90-cl illərdən indiyə qədər bu dərmanların qəbulu nəticəsində 200 min insan ölüb.
“Johnson&Johnson” günahı tam boynuna almasa da 20 milyon təzminat ödəməyə hazır olduğunu bildirib.
Oxu.az