23 C
Baku
Sunday, September 29, 2024

Mərkəzi Bankın fəaliyyəti ilə bağlı bir sıra – AÇIQLAMALAR

Kredit dərəcələri aşağı salınacaq.

Mərkəzi Bank banklara kredit dərəcələrinin aşağı salınmasını tövsiyə edib.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, əvvəllər banklar asan şərtlərlə, yüksək faiz dərəcələri ilə kreditlər veriblər.

Yüksək faiz dərəcələri ilə kreditlərin verilməsi isə əhalinin ödəmə qabiliyyətinin yüksək olmaması ilə izah olunub:

“İndi biz kredit dərəcələrinin aşağı salınması şərtini qoymuşuq. Bununla da bazarda kreditin alıcıları real ödəmə qabiliyyətinə malik müştərilər olacaq. Yəni banklar artıq əhalinin ödəmə qabiliyyətinin az olduğunu əsas gətirərək yüksək kredit dərəcələri tələb etməyəcəklər”.

E.Rüstəmovun sözlərinə görə, kredit dərəcələrinin nə qədər aşağı salınacağını isə hələ ki, rəqəmlə ifadə etmək mümkün deyil.

Bundan əlavə, Mərkəzi Bankın İdarə Heyətinin sədri ipoteka kreditlərinin faizlərinin aşağı salınmasını nəzərdə tutan strategiysının hazır olduğunu bildirib.

“Biz ölkədə vahid ipoteka strategiyasının olmasının tərəfdarıyıq. Gənclər və İdman Nazirliyinin bu strategiya ilə bağlı təklifləri də bu kontekstdə müzakirə olunaraq qəbul edilməlidir. Son nəticədə vahid ipoteka strategiyası həyata keçirilməlidir”.

Həmçinin, E.Rüstəmov qeyd edib ki, Azərbaycanda çox yüksək makroiqtisadi sabitlik hökm sürür.

“İnflyasiya tarixi olaraq ən aşağı səviyyədədir. Rübün yekunlarına görə də biz 2 faizlik inflyasiyaya nail ola bilmişik”, – deyib E.Rüstəmov .

Son xəbərlər
Digər xəbərlər