23 C
Baku
Sunday, September 29, 2024

Regionlar üzrə kredit qoyuluşu 23% artdı

Ötən il ölkədə regionlar üzrə kredit qoyuluşu 2 987 326 min manat və ya 23% artıb.

Belə ki, ölkədə 1 aprel tarixində regionlar üzrə kredit qoyuluşu 15 941 154,6 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu rəqəmlər 12 953 829,2 min manat təşkil edirdi. Bakı şəhərində isə kredit qoyuluşu 13 440 287,4 min manat təşkil edib.

Digər regionlarda gəldikdə isə

Abşeron iqtisadi rayonu- 477 543,9 min manat, Aran iqtisadi rayonu – 835 451,2 min manat, Dağlıq Şirvan iqtisadi rayonu- 100 958,0 min manat, Gəncə-Qazax iqtisadi rayonu- 317 685,5 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 97 833,7 min manat, Lənkəran iqtisadi rayonu -351 311,4 min manat, Şəki-Zaqatala iqtisadi rayonu -143 938,3 min manat, Naxçıvan iqtisadi rayonu- 91 418,5 min manat təşkil edib.

Captureasd

Son xəbərlər
Digər xəbərlər