10 C
Baku
Thursday, December 12, 2024

Nyu-York sakinləri “qanunsuz miqrant” ifadəsinə görə $250 min-dək cərimələnəcək

Nyu-York administrasiyası ayrı-seçkiliyə qarşı mübarizəyə yönəlik qadağanın tətbiqinə başlayıb.

Report agentliyi CNN-ə istinadən xəbər verir ki, bundan sonra ABŞ vətəndaşlığı olmayan şəxslərə qarşı “qanunsuz miqrant” ifadəsinin işlədilməsi cərimə ilə nəticələnəcək.

Məlum olub ki, qadağanı pozanlar 250 min dollaradək cərimə ilə üzləşə bilər.

Bu tədbirin ictimai yerlərin işçilərinə, işəgötürənlərə, habelə kirayə verən ev sahiblərinə şamil ediləcəyi bildirilir.

Yeniliyə görə, insanlara ana dilində ünsiyyət qadağan edilməməlidir.

Bundan əlavə, bu kateqoriyalı vətəndaşlar üçün miqrasiya xidmətinə şikayət etmək qadağandır.

Son xəbərlər
Digər xəbərlər