23 C
Baku
Sunday, September 29, 2024

DəmirBank korporativ saytında onlayn kredit ödənişləri xidmətini tətbiq edib

DəmirBank həftənin bütün günləri 24 saat www.demirbank.az saytından onlayn qaydada kredit ödənişlərinin qəbuluna başlayıb.

Saytın əsas səhifəsində “Onlayn kredit ödənişi” linkinə keçid edərək açılan https://creditpay.demirbank.az/login səhifəsində qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün PİN kodu (şəxsiyyət vəsiqəsinin aşağısında olan eyniləşdirmə kodu, axrıncı rəqəm sayılmadan son 7 rəqəm), 4 rəqəmli şifrəni (müştəri təyin edir), telefon nömrəsini və e-mail ünvanı qeyd etmək lazımdır.

Qeydiyyatdan keçməklə müştərinin şəxsi kabineti yaranır. PİN kodu və şifrəni qeyd edərək şəxsi kabinetinə daxil olur, ödəniləcək krediti seçir, plastik kartın tələb olunan göstəricilərini daxil edir, məbləği yazır və ödənişi edir. Xidmət Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər