8 C
Baku
Friday, December 13, 2024

Aİ diplomatları “Brexit”lə bağlı son təklif layihəsini qüsurlu sayırlar

Britaniyanın “Brexit”lə bağlı təklif layihəsi qüsurludur və qəbul olunmayacaq.

A“Reuters”ə istinadən xəbərə görə, bu barədə Avropa İttifaqının diplomatları deyib.

Onlar bildiriblər ki, əgər bu, Britaniya hökumətinin son təklifidirsə, ölkənin Aİ-dən çıxmasının gecikdirilməsi mümkündür.

“Təklif layihəsi kökündən qüsurludur. Biz daha çox bu təklif layihəsindən imtina etmək və Britaniyanın Aİ-dən çıxmasının uzadılmasının detallarını müzakirə etməyə yaxınıq”, deyə rəsmi bildirib.

Aİ diplomatlarının sözlərinə görə, İttifaqın aparıcı ölkələri olan Fransa və Almaniya İrlandiyanın bu təklifi qəbul etməsinə təzyiq göstərməyəcək. Onlar bildiriblər ki, digər 27 üzv ölkə də Britaniyanın Aİ-ni tərk etməsi ilə bağlı oktyabrın 31-dək olan müddətin artırılmasına razılıq verəcəklər, çünki onlar uğursuzluqla bağlı məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər.

“Əgər Britaniya axmaqlıq etmək istəyirsə, bu, tam onların məsuliyyətində olmalıdır. Aİ heç vaxt Britaniyanı İttifaqı tərk etməyə məcbur etməyəcək və İttifaq qapılarını bağlamayacaq.”

Aİ rəsmisi əlavə edib ki, Britaniya Baş nazirinin təklif etdiyi “Brexit” sazişinin detalları Aİ-dən ayrılma ilə bağlı razılaşmanın əsasında duran İrlandiya məsələsinin əsas məqamlarına cavab vermir.

Qeyd edək ki, bu gün Britaniyanın Baş naziri Boris Conson Aİ-dən ayrılma ilə bağlı son “Brexit” sazişini quruma təqdim edəcək. Əgər Aİ bunu qəbul etməzsə, danışıqlar dayandırılacaq və hər şeyə rəğmən Britaniya oktyabrın 31-də Aİ-ni tərk edəcək.

“The Telegraph” qəzetinin məlumatına görə, Britaniya Şimali İrlandiyaya 2025-ci ilədək Aİ-ilə xüsusi ticarət əlaqələrini saxlamağı təklif edir. Daha sonra rəsmi Belfast blokda qalmaq və ya Britaniyanın qaydaları ilə hərəkət etmək barədə qərar qəbul edəcək.

Britaniyanın təklifinə görə Şimali İrlandiya keçid dövrünün sonunda yəni 2021-ci ildə Britaniya ilə birgə Aİ-nin Gömrük Birliyini tərk edəcək və Avropa ilə Azad Ticarət Razılaşmasına qoşulacaq. Gömrük yoxlamaları Aİ-nin tarifsiz daxili bazarının sərhədinə çevriləcək İrlandiya-Şimali İrlandiya sərhəddində aparılacaq.

APA

Son xəbərlər
Digər xəbərlər