Rusiyada İnternetdə #MəniGötürmədilər ( #МеняНеВзяли) fleşmobu populyarlıq qazanır, onun çərçivəsində istifadəçilər fərqli vaxtlarda düzəlmək istədikləri şirkətlərdən “yox” cavabını almaqları haqqında danışırlar.
Time jurnalı tərəfindən əsrin adamı kimi tanınan görkəmli fizikaçı Albert Einstein, 1900-cü ildə Sürix şəhərinin Politexnikum Universitetini bitirdikdən sonra riyaziyyat və fizika sahəsində bir neçə il iş tapa bilmirdi. Onu hətta məktəb müəllimi kimi də işə götürmürdülər. Fizikaçı qeyd edir ki, ona elm ilə məşğul olmağa mane olanlar arasında oxuduğu Politexnikum Universitetinin professorları da var idi. 1902-ci ildə Einstein-in qrup yoldaşlarından biri, dostunu patent bürosunda işləməyə dəvət etdi. Gələcəyin Nobel mükafatının laureatı burada 7 il çalışıb. 1909-cu ildə Einstein axır ki, Sürix Universitetində işə düzələ bilər.
WhatsApp-ın yaradıcıları olan Jan Koum və Brian Acton, 2008-ci ildə işə düzəlmək üçün Facebook şirkətinə müraciət etsələr də, “yox” cavabını aldılar. “Biz hamımız Facebook-dan “yox” cavabını alanlar klubunun üzvüyük”, -deyə Acton Forbes jurnalına verdiyi müsahibədə zarafata deyib. Xatırladaq ki, 2014-cü ildə Facebook 22 milyard dollara WhatsApp-ı aldı (səhm və nağd pul ilə). Beləliklə, Koum və Acton bir günün içərisində milyarderlərə çevrildilər (Forbes Koum-un mülkünü 9,1 milyard dollar, Acton-un mülkünü isə 5,7 milyard dollar dəyərində qiymətləndirir). Mütəxəssislərin hər iksi yaratdıqları şirkətdə işləyir.
Alibaba şirkətinin təsisçisi Jack Ma, karyerasının başlanğıcında işəgötürənlərdən “yox” cavabını tez-tez eşidib. Sahibkar qeyd edir ki, o, 90-cı illərdə KFC restoran şəbəkəsində menecerin katibi də daxil olmaqla müxtəlif vakansiyalar üçün müraciət etmişdir, lakin hər dəfə “yox” cavabını alırdı. “Heç kim məni istəmirdi”, -deyə Ma xatırlayır.
Renova şirkətlər qrupunun direktorlar şurasının sədri milyarder Viktor Vekselberq, Rusiya Nəqliyyat Universitetindəki təhsilini başa vurduqdan sonra soyadına görə istədiyi yerdə işə qəbul ola bilməmişdir. “Nəticədə, heç kimi tanımadığı bir institutdan iş təklifini aldım və getdim, – deyə Vekselberg xatırlayır. –İnstitutda olduğum müddətdə dekana yaxınlaşdım və dedim: “Mənə sərbəst diplom verin (paylanma yoxdur) və mən həyatdakı yerimi özüm axtarıb tapacağam”.
Yandex-in qurucusu Arkad Voloj da lap başlarda iş tapmaqda çətinlik çəkmiş insanlardan biri olub. O, Neft və Qaz Dövlət Akademiyasında təhsilini 1986-cı ildə başa vurub. “Mən soyadıma görə Elmlər Akademiyasında işə düzələ bilmədim, – deyə Volozh müsahibələrinin birində boynuna alır. – Buna görə də özümü tamamilə fərqli sahədə inkişaf elətdirdim. Maaşım o qədər az idi ki, kirayə ev tutub valideynlərimdən ayrı yaşaya bilmirdim”.
Siyahını AirAsia aviaşirkətinin baş direktoru və həmtəsisçisi Tony Fernandes yekunlaşdırır. Karyerasının başlanğıcında o, London şirkətlərinin bir çoxuna müraciət edərək mühasib vəzifəsinə işə düzəlmək istəyirdi, lakin hər dəfə rədd cavabını alırdı. Yeganə istisna Richard Branson-a məxsus olan Virgin şirkəti oldu. “Onlar məni müsahibəyə dəvət etdilər və sonra dedilər ki, rədd ol get burdan”. Həmin gün Tony Richard Brenson ilə tanış olur və işə düzələ bilir. “Bəzən uğurumuzu özümüz yaradırıq. Əlbəttə ki, bəxt vacibdir. Lakin bəxtiniz sizdən yan keçdikdə, onu düşünmədən tutun!”, – deyə Fernandes oxuculara məsləhət verir.