10 C
Baku
Saturday, November 23, 2024

“Günay Bank”ın sabiq sədr müavini yeni iş tapıb, Avropaya köçüb

Cari ilin fevralında “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tərk edən Teymur  Axundov Rafaeloviç Avropada iş tapıb.

Bu barədə Banker.az etibarlı mənbələrdən əldə etdiyi məlumata istinadən xəbər verir.

Daha dəqiq desək, o, Çex Respublikasının paytaxt Praqa şəhərində yerləşən “Speed outsourcing services CZ s.r.o.” şirkətində maliyyə analitiki və məsləhətçisi vəzifəsinə təyin olunub. Vəzifəsinin icrasına bu aydan başlayıb.

Bildirək ki, Axundov “Günay Bank”da 2017-2019-cu illər ərzində İdarə Heyəti sədrinin müavini olub (onun bankı tərki barədə Banker.az artıq məlumat vermişdi). Axundov “Günay Bank”ı tərk etdikdən sonra Şükürov Elşən Cavanşir oğlu təyin edilib.

Daha əvvəl isə “Ata Bank” və “Kapital Bank” kimi böyük banklarda departament rəhbəri vəzifəsində çalışıb.

 (s.r.o Çex dilində -společnost z ručením omezením: məhdud məsuliyyətli cəmiyyət)

Son xəbərlər
Digər xəbərlər