10 C
Baku
Friday, December 13, 2024

“Google”da yenilik – Səs köməkçisi sizi səssiz də anlayacaq

Google, öz səsli köməkçisinin yeni bir xüsusiyyətini sınaqdan keçirdi. İndi Android cihazlarının sahibləri onun imkanlarından səssiz istifadə edə biləcəklər. Yenilik, istifadəçilərin əmrləri təkrar olaraq ucadan söyləməsi ehtiyyacını aradan qaldırır.

Google fəaliyyət blokları

Xarici mətbuata istinadən xəbər verilir ki, tətbiqin yenilənmiş versiyası, smartfonların ekranında Action Blocks vidcetləri yaratmaq imkanını təmin edəcək və onların hər birinə səs əmri veriləcək. Məsələn, Google Assistant-a bir nağıl danışmaq əmri verilməsi kifayətdir ki, ekranda ona uyğun şəkil təyin edən bir blok yaradılsın. Gələcəkdə hansısa ifadəni gündəlik təkrarlamaq əvəzinə, müvafiq vidceti vurmaq kifayət edəcək. Sağlamlıq problemləri səbəbindən səs köməkçisi ilə əlaqə qurmaq istəməyən və ya bilməyənlər üçün belə bir fürsət əlverişli olacaq. Vidceti digər insanlar da yarada  bilər.

Fəaliyyət blokları, ağıllı ev sisteminə əmrlər vermək, Android cihazını elektronika və məişət cihazlarını idarə etmək üçün də faydalıdır. İndi tətbiq beta sınaqdadır. 15 oktyabrda yeni bir Google səs köməkçisi xüsusiyyətinin, Pixel 4 smartfonları ilə eyni vaxtda təqdim edilməsi gözlənilir.

©Ted.az

Son xəbərlər
Digər xəbərlər