Rusiya ilə Gürcüstan arasında hava reysləri bərpa oluna bilər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Gürcüstan arasında aviasiya əlaqəsinin bərpa oluna biləcəyini deyib.

Rusiya KİV-nə istinadən xəbər verilir ki, Peskov bunun üçün münasib şəraiti gözləməyi vacib bilib.

“Hazırda səbrli olub aviasiya əlaqəsinin bərpa olunacağı məqamı gözləmək lazımdır”- deyə o deyib.

O, hadisələrin bir daha aqressiv məcraya yönəlməyəcəyinə əmin olduqdan sonra bu addımı atacaqlarını əlavə edib.

©Modern.az

Son xəbərlər
Digər xəbərlər