22 C
Baku
Monday, September 30, 2024

Android-də ilk – “Facebook” 5 milyard dəfə yüklənib

Xarici mətbuata istinadən xəbər verilir ki, Facebook əlavəsi, Google Play-də 5 milyard yüklənmə səviyyəsinə çatan, Google məhsullarından kənar ilk əlavə olub.  Microsoft proqramları ilə olduğu kimi, Facebook qutudan bir çox smartfonda quraşdırılır —belə bir nəhəng göstərici də elə burdan yaranır. Lakin Facebook mobil əlavəsi Excel-dən fərqli olaraq, istifadəçilər arasında həqiqətən də olduqca populyardır, ona görə də belə bir nəticəyə tam layiqdir.

Facebook əlavəsinin 1 milyard yüklənmə tarixindən beş il ötüb. Ehtimal olunur ki, 5 milyard yüklənmə səviyyəsinə çatacaq növbəti kənar əlavə Facebook-a məxsus hansısa digər PT (proqram təminatı) olacaq.

©Ted.az

Son xəbərlər
Digər xəbərlər