Oktyabrın 7-də Bitcoin kriptovalyutasının orta məzənnəsi $7916 təşkil edib. Hal-hazırda kriptovalyuta təxminən $7922 dollar səviyyəsində ticarət edir, son iki gündə 2%-lik azalma qeydə alınıb.
Banker.az xəbər verir ki, son bir həftə ərzində sikkə ticarətinin həcmi 22% azalıb: $18 milyarddan $14 milyarda qədər. Eyni zamanda Bitcoin-nin kapitallaşması $10 milyard azalaraq, $142 səviyyəsinə düşüb.
Bir gündə Ethereum-un qiyməti 2% azalaraq $172,6, XRP isə 4,2% artaraq $0,265 səviyyəsinə çatıb. Kriptovalyutalar arasında ən çox Litecoin ucuzlaşıb – 2,3%. Hal-hazırda Charlie Li-nin altkoini $55,1 səviyyəsində ticarət edir.