Hazırda bank müştərisi olan şəxslərin sayı 4 382 781 nəfər təşkil edir. Ötən ay ilə müqayisədə 32 282 nəfər artım olub. Ötən ay isə bu göstəricilər 4 350 499 nəfər idi.
Məlumat üçün qeyd edək ki, ötən ilin sonu bank müştəriləri 5 275 532 nəfər təşkil edirdi və bu da onun göstəricisidir ki, bank müştəriləri bir neçə ay ərzində 892 751 nəfər azalıb.
Həmçinin fiziki şəxslər üzrə bank müştəriləri 4 292 809 nəfər, hüquqi şəxslər üzrə isə 89 972 nəfər,sahibkarlıqla məşğul olan müştəriləri sayı isə 91 047 nəfərə çatıb.