“Rent a car” şirkətini işlədən qəzaya düşən müştərilər ilə bağlı sığorta şirkətinin onlara təklif etdiyi pulun miqdarından şikayətçidir.
Banker.az xəbər verir ki, “Rent a car” ( nəqliyyat kirayəsi) şirkətini işlədən Haldun Novruzzadə adlı şəxs “Günay Sığorta” şirkəti tərəfindən avtomobilə dəyən zərərin düzgün hesablanmadığını deyib.
Şikayətçi bildirir ki, ilk öncələr maşınları “Günay Sığorta”da Kasko edilirdi. 20.06.2019-cu ildə qeyd etdiyimiz “KIA Sportage” markalı avtomobili müştəridə qəzaya düşüb. Avtomobili “Günay Sığorta”da Mİ0010/19 nömrəli şəhadətnamə ilə 20.000 manatlıq full kaskosu olduğu halda 2 ay gözləyəndən sonra Kasko 8 000 manat təmir haqqı çıxartdıb. “Halbuki özümüz cibimizdən pul verib rəsmi yerdə qiymətləndirdik maşına ən azı 13 500-14 000 azn pul çıxartdılar”, – deyə H.Novruzzadə qeyd edir.
Şikayətçi deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edib, onların təyin etdiyi ekspertlə “Günay Sığorta” razı olmayıb və onların tələblərini yerinə yetirməyib: “Hal hazırda işi məhkəməyə göndəririk. “Sizə məsləhətim Günay Sığortada heç vaxt avtomobilinizi sığorta elətdirməyin, cibinizə heyfiniz gəlsin”, – deyə şikayətçi bildirib.
Sığortaçının mövqeyi
“KIA Sportage” markalı avtomobilə dəymiş zərər Cəmiyyətimiz tərəfindən 8 000 manat məbləğində müəyyənləşdirilmişdir. Müştəri qiymətdən narazı olduğundan Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubu əsasında zərərin müəyyənləşdirilməsi məqsədilə müstəqil ekspert təyin edilmişdir. Lakin hər iki müstəqil ekspert dəymiş zərəri müəyyənləşdirməkdən imtina etmişdir”.
Bunu Banker.az-a Sığorta Şirkəti bildirir.
“23.09.2019-cu il tarixində müştəri tərəfindən Cəmiyyətimizə müstəqil ekspert seçimi üçün yenidən ərizə yazılmışdır. Müstəqil ekspert tərəfindən verilmiş rəy Cəmiyyətimizə daxil olduqdan sonra sığorta ödənişi ilə bağlı məsələyə baxılacaqdır”.