23 C
Baku
Sunday, September 29, 2024

Depozitlər üzrə faiz dərəcəsi azalmağa doğru gedir

1 aprel tarixində ölkədə depozitlər üzrə faiz dərəcəsi aşağı düşüb. Belə ki, hazırda depozitlərin orta faiz dərəcəsi manatla 9,32%, xarici valyuta ilə 9,64% təşkil edir.

Cari ilin əvvəlindən depozitlər üzrə orta faiz dərəcəsində kəskin azalma olmasada , faizlərin nisbətən aşağı düşdüyünü görə bilərik. Belə ki, bu il üzrə ən aşağı faiz dərəcəsi 1 aprel tarixində, ən yüksək faiz dərəcəsi isə 9,42%-lə yanvar ayında müşahidə olunub.

Həmçinin hüquqi şəxslər üzrə faiz dərəcəsi manatla 5,66%, xarici valyuta ilə 3,48%, fiziki şəxslər üzrə isə manatla 9,73%, xarici valyuta ilə 10,13% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər