3 C
Baku
Saturday, December 14, 2024

İşlər asanlaşdı. “Asan İmza” sertifikatları elektron şəkildə veriləcək

“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.

Report agentliyi xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93% təşkil edib.

Nazirlik rəsmisi onu da deyib ki, “Asan İmza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır: “Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “Asan İmza” sertifikatı ala biləcəklər”. 

Son xəbərlər
Digər xəbərlər