Dünya Bankı 2019-2021-ci illər üzrə Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabında dair yenilənmiş proqnozunu açıqlayıb.
Bankın dərc etdiyi yeni hesabata görə, 2019-cu ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 8,5%-i qədər profisitin olacağını proqnozlaşdırır. Bank 2020-ci ildə bu göstəricinin ÜDM-in 6,2%-i qədər, 2021-ci ildə isə 5%-i qədər olacağını proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10%-i səviyyəsində olacağını proqnozlaşdırır.
APA