10 C
Baku
Thursday, December 12, 2024

Bloomberg: Türkiyədə banklar lirəni xilas etmək üçün 1 milyard dollar satıb

 “Bloomberg”ə istinadən xəbər verilir ki, Türkiyədəki dövlət bankları dolların qalxmasının qarşısını almaq üçün bazar ertəsi və çərşənbə axşamı günləri 1 milyard dollar satıb.

Bu barədə məlumat verən mənbələr adlarını açıqlamayıblar, çünki informasiyanın ictimaiyyətə açıq olmadığı bildirilib. Qeyd edək ki, Türk Lirəsi dünən min dollar qarşısında yüzdə 2.3 dəyər itirmişdi. Hazırda 1 dollar 5,8310 lirə təşkil edir.

Türkiyədə ən tanınmış dövlət bankları isə Ziraat Bank və Halkbankdır. Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın “Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bəyanatından sonra ilk zərbə Türkiyənin milli valyutası olan lirəyə dəydi. Dünən lirə 5.84-ə qədər ucuzlaşdı.

©Ena

Son xəbərlər
Digər xəbərlər