19 C
Baku
Sunday, September 29, 2024

Dünyanın ən iri həcmli lotereya uduşları

1. Bütün dövrlərin ən iri həcmli cek potu (390 milyon dollar) Mega Millions adlı amerikan lotereyasından 2007-ci ilin mart ayında udulmuşdu. Tirajdan bir neçə gün əvvəl bilet satan avtomatlar qarşısında uzun növbələr var idi. Tək Nyu-Yorkda cəmi 1 saata 1 milyondan çox bilet satılmışdı. Lakin bəxtəvər iki nəfər oldu. Bunlar Corcia və Nyu-Cersi ştat sakinləri idilər və onların hər birinə 190 milyon dollar qismət olmuşdu.

2. 365 milyon dollarlıq cek pot isə 2006-cı ilin 18 fevralında udulmuşdu. Bu məbləğ isə Nebraska ştatından olan 8 nəfərə qismət olur.

3. Big Game lotereyasının cek potu isə 2000-ci ilin 9 mayında 363 milyon dollar təşkil edirdi. Bu o zaman üçün bütün lotereya aləmində rekord məbləğ idi. Nəticədə iki amerikalının bəxti gətirir. Bunlar İllinois və Miçiqan ştat sakinləri idilər. Onlar gözləməkdən imtina edir və bütün məbləğin hamısını eyni anda əldə etməyi seçirlər. Vergilər çıxıldıqdan sonra qaliblərin hər birinə 90,3 milyon dollar nəsib olur.

4. 340 milyon dollar isə 19 oktyabr 2005-ci ildə Oregon ştatından olan Stiv Vestə çatır.

5. 2002-ci ildə 314,9 milyon dollarlıq uduş Qərbi Virciniya şatından olan Cek Uittakerə nəsib olur. 59 yaşlı Cek iki dəfə qarətə məruz qalmış və iki dəfə də sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edilmişdi. Bu hələ son deyil. Bədbəxt milyonerin evindən öz nəvəsinin meyiti tapılır. O həddindən artıq dozada narkotik qəbulundan dünyasını dəyişmişdi. Bir neçə aydan sonra isə onun öz nəvəsi də 17 yaşında eyni vəziyyətdə dünyasını dəyişir.

6. 2004-cü ilin iyul ayında Massaçusets ştatının sakini 290 milyon dollar uduş əldə edir. O da digər amerikalılar kimi 30 il gözləyib və tam məbləği əldə etməkdən imtina edir və məbləğ 2 dəfəyə qədər azalır. Vergiləri ödədikdən sonra isə qalibə udduğu məbləğin üçdə bir hissəsindən bir qədər çoxu nəsib olur.

7. 84 yaşlı təqaüdçü, İkinci dünya müharibəsi veteranı Ceyms Vilson 2008-ci ilin yanvar ayının sonlarında 254 milyon dollar məbləğində cek pot udur. O udduğu pulları qohumları ilə bölmək qərarına gəlir. Belə ki, onun iki oğlunun artıq 50-dən çox yaşı var idi və hər ikisi işsiz idilər.

8. 2006-cı ilin oktyabr ayında isə Virciniya ştatından olan bir amerikalı 230 milyon dollar qazanır.

9.2004-cü ilin noyabr ayında isə Xuan Rodrigez adlı bir şəxs isə lotereyadan 149 milyon dollar qazanır. Qalib olana qədər Kolumbiyadan olan miqrant Nyu-Yorkda avtomobil dayanacağında işləyirdi. Onun banka olan borcu 44 min dollara çatdıqda və cibində cəmi 1 dollar qaldıqda o çarəsizlikdən lotereya bileti alır. Və qalib gəlir!

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.