Hörmətli səhmdarlar,
28 iyun 2014-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Təbriz küç., 19 ünvanında (Təfəkkür Universitetinin akt zalında) səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Ümumi yığıncağın gündəliyi:
- Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi.
- İnvestisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiq edilməsi.
- Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi.
- İdarə Heyətinin üzvünün təyin edilməsi.
- Xüsusi əhəmiyyətli əqdlərin bağlanması.
- Nizamnaməyə dəyişikliklər edilməsi.
- Səhmdarların ümumi yığıncağı haqqında Əsasnamənin, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti haqqında Əsasnamələrə dəyişikliklərin təsdiq edilməsi.
- Mənfəətin bölüşdürülməsi.
Səhmdarların qeydiyyatı saat 10:00-dan 11:00-dək şəxsiyyəti təsdiq edən sənəd əsasında keçirilir.
Səhmdarlar gündəlik üzrə materiallarla Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında tanış ola bilərlər.
Comments are closed.