9 C
Baku
Thursday, December 12, 2024

SOCAR Türkiyədə daha bir neft-kimya kompleksi inşa edəcək

“SOCAR Türkiyə” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir.

Bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

A.Məmmədov vurğulayıb ki, bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq: “Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir.

Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır. BP və “SOCAR Türkiyə” tərəfindən həyata keçiriləcək layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər