Neyminq haqqında

Müəllif:  Mohammed Yazaliyev, Creative Director

Hər birimizin beyni məlumatlarla doludur. İdeyaların mövcudluğu üçün azad məkan lazımdır . Düzgün neym (ad) zehin ehtiyatlarından az sərf etməklə yadda saxlama prosesini yüngünləşdirir. Beləcə, şirkət,layihə,musiqi kollektivi və s. üçün doğru ad necə seçmək olar?

10 qayda:

1. Sadəlik! Yaxşı neym şirkətin fəaliyyətinə isitnad edilməlidir . Məsələn,Twitter tərcümədə “civildi”,”cəh-cəh”,yəni qısa, azəhəmiyyətli səs deməkdir.

2. İsim. Onu qısaldıb felə çevirmək olar. Məsələn: Breather. Əvvəlcə neym Breather rooms idi, ancaq istifadəçilər onu qısaldaraq Breather etdilər.

3. Telefonla test keçirilir.”Bizim şirkətin adı Fiverr-dir”.”Aha,yazdım,Fiver.Sağ olun!”. #FAIL.

4. (Nəticə kimi) Yaxşı domen adı bahalıdır . Əlbəttə ki, nüfuzlu olmayan domen zonasını seçməklə siz qiyməti endirə bilərsiz.

5. Söz kombinasiyaları məqbuldu. Əsas onlar yüngül tələffüz olunur: 2-3 hecalı yol veriləndir,lakin heç vaxt 4 hecalı istifadə olunmur. Microsoft,Pinterest ,Facebook-OK.CreativeLive-OK deyil.

6. Dil daşıyıcılarını nəzərə alın. Əgər fransalı üçün PearlTrees xoşavazlı neymdirsə , ingiltərəli üçün bu tam sayıqlamaqdır.

7. Heç zaman şirkəti digər , xüsusilə, uğurlu olan şirkətlə həmahəngli adlandırmayın.

8. Heç nə fikirləşib tapa bilmirsizsə,onda mətləbi daşıyan sözdə bir hərfi əvəz edin. Məs.,Mustbin.

9. Friraytinq. Sadəcə yazın, 10 000-də söz miqdarında və lazımlı ad özü aşkar olunacaq.

10. Gələcək perspektivdə neymin əhəmiyyəti olmayacaq. Amma indi onun mənası var,ona görə ki,sizin şirkət şəxsiyyətinizin mahiyyətini əks etdirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər