26 C
Baku
Saturday, April 27, 2024

Çinlilər yalnız sifətin skan edilməsindən sonra mobil internetə daxil ola biləcəklər

Çin hökuməti internet üzərində nəzarəti gücləndirir. Dekabrın 1-dən etibarən mobil telefon nömrəsi əldə etmək üçün ərizə verən istifadəçilər telekommunikasiya şirkətləri tərəfindən sifətin skan edilməsi prosedurundan keçməli olacaqlar.
 
Yeni tədbirlərin rəsmi məqsədi kiberməkanda fırıldaqçılıq və başqa cinayətlərlə mübarizə aparmaqdır. Ancaq ekspertlər Çin rəhbərlərinin 850 milyondan çox mobil internet istifadəçisi üzərində nəzarəti daha da gücləndirməyi planlaşdırdığını istisna etmirlər.
 
Əksər ölkələrdə mobil rabitə xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanarkən pasport və ya digər şəxsiyyət vəsiqəsi lazımdır. Çində bu cür qaydalar 2013-cü ildən qüvvədədir.

©İctnews

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər