9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası apellyasiyaya müraciət edib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Türkiyənin «MGM Group İnşaat Elektrik Malzameleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialı xariclə valyuta əməliyyatlardakı inzibati xətanı törətdiyini iddia edir.

Banker.az-ın əldə etdiyi məlumata görə, Şirkətin ölkəmiz üzrə filialı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.

Lakin, bu qərardan Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Bildirək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinirlər.

«MGM Group İnşaat Elektrik Malzameleri Dış Ticaret Limited Şirketi»  Azərbaycanda filialını 2016-ci ildən fəaliyyət göstərir və tikinti sahəsi üzrə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər